Tata Steel şirkǝti Britaniyada min nǝfǝri işdǝn azad edǝcǝk

Hindistanlı polad istehsalçısı Tata Steel, İngiltərədəki şirkǝt işçilǝrinin sayını azaltma qǝrarına gǝlib.

1314187
Tata Steel şirkǝti Britaniyada min nǝfǝri işdǝn azad edǝcǝk

Tata Steel şirkǝtindǝn yayılan açıqlamada: İngiltərədə hǝyata keçirilǝcǝk tǝdbirlǝr çǝrçivǝsindǝ min işçinin işdǝn azad edilǝcǝyini bildirilib. İşdǝn qovulacaq olanların 3-dǝ ikisi idarǝci vǝ ofis işçilǝri olacaq.

Şirkǝtin Avropa üzrǝ direktoru da mövzu ilǝ bağlı açıqlamasında: “Şirkǝtimiz dünyanın sürǝtlǝ dǝyişiminǝ biganǝ qalabilmǝz. Vaxt itirmǝdǝn cǝrǝyan edǝn proseslǝrlǝ uyğunlaşmalıyıq”.

Böyük Britaniyada polad sənayesi işçilərini təmsil edən hǝmkarlar ittifaqının baş katibi Roy Rickhuss da Noelǝ bir neçǝ hǝftǝ qalmış belǝ bir qǝrarın açıqlanmasının böyük rüsvayçılıq olduğunu qeyd edib.

Hazırda İngiltərədə 8 min 385 nəfərin çalışdığı Tata Steel şirkǝti Avropa ölkǝlǝrindǝ hǝyata keçirǝcǝklǝri tǝdbirlǝr çǝrçivǝsindǝ 3 min qǝdǝr işçinin qovulacağını bildirdi.

Qeyd edǝk ki, Çin Jingye Qrupu, uzun müddətdir maliyyə problemləri ilə gündəmdə olan İngilis polad istehsalçısı British Steel şirkətini satın aldığını və istehsal müəssisələrini modernləşdirmək üçün 1,2 milyard sterlinq investisiya qoymağı planlaşdırdığını açıqladı.

 



Әlaqәli Xәbәrlәr