“Suriyalı qaçqınlar daxil başqa mövzuları da Türkiyə ilə müzakirəyə hazırıq”, C.Cefri

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceymis Cefri suriyalı qaçqınların ölkəsinə qayıtması daxil başqa mövzuları Türkiyə ilə müzakirəyə hazır olduqlarını bildirdi.

1277316
“Suriyalı qaçqınlar daxil başqa mövzuları da Türkiyə ilə müzakirəyə hazırıq”, C.Cefri

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceymis Cefri suriyalı qaçqınların ölkəsinə qayıtması daxil başqa mövzuları Türkiyə ilə müzakirəyə hazır olduqlarını bildirdi.

Cefri Nyu-Yorkda təşkil etdiyi mətbuat kofransında Suriyadakı vəziyyətlə əlaqədar açıqlama verdi:

“Suriyada rejim hələ də hərbi qələbə qazanmağı hədəfləyir, ancaq təzyiq altında olduğundan Konstitusiya Komitəsini qəbul etdi və siyasi həll qapılarına üz tutdu. Bu nöqtədə təzyiqi davam etdirməliyik” .

Türkiyənin Suriyanın şimal-şərqində yaratmağı planlaşdırdığı təhlükəsiz bölgə məsələsinə də toxunan Cefri “Bu mövzuda Türkiyə ilə bir müddətdir işləyirik. Türkiyə ilə Münbiç mövzusunda razılıq əldə etməyə cəhd göstərdik, çünki terror təşkilatı PKK 1984-cü ildən bəridir minlərlə insanı öldürdü, bu səbəbdən PKK ilə əlaqədə olan qruplar mövzusunda narahatdır. Türklərin əlbəttə hərbi seçimi var. Bunu Afrində Cerablusda və əl-Babda PKK ünsürlərini və PKK və DEAŞ-lı olduğunu düşündükləri ünsürlərə qarşı hərbi əməliyyat həyata keçirdi” deyə bildirdi.

Cefri Suriyanın şimal şərqində təhlükəsizliyi və sabitliyi təmin etmək, DEAŞ-a qarşı mübarizəni davam etdirmək və Türkiyənin və yerli qüvvələrin narahatlığını aradan qaldırmaq üçün bütün tərəflərlə təhlükəsiz bölgə təklifini müzakirə etdiklərini qeyd etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın “İki həftə ərzində təhlükəsiz bölgə ilə bağlı bir nəticə əldə edilməyəcəyi təqdirdə öz hərəkət planlarımızı işə daxil edəcəyik” açıqlaması ilə bağlı verilən sual qarşısında Cefri “Türklərlə siyasi cəhətləri də olan hərbi bir razılaymamız var. Qaçqınların qayıtması daxil başqa mövzuları müzakirə etməyə hazırıq” dedi.

Cefri Münbiç mövzusunda isə Türkiyə ilə fərqli bir razılaşmaları olduğunu və buna qaçqınların geri qayıtmasının da daxil olduğunu söylədi.



Әlaqәli Xәbәrlәr