"İşğal İsrailin tətbiq etdiyi dövlət terrorunun adıdır", M.Məhəmməd

Malaziyanın baş naziri Mahathir Məhəmməd: "Əgər dünya sülhü üçün bir fürsət olacaqsa, Fələstin probleminin həlli şərtdir", - dedi.

1206462
"İşğal İsrailin tətbiq etdiyi dövlət terrorunun adıdır", M.Məhəmməd

  Malaziyanın baş naziri Mahathir Məhəmməd: "Əgər dünya sülhü üçün bir fürsət olacaqsa, Fələstin probleminin həlli şərtdir", - dedi. 

  Malaziyanın administrativ paytaxtı Putrajayada fələstinlilərə iftar verən baş nazir Fələstin-İsrail problemi və Malaziyanın İsrailin işğalçı siyasətinə qarşı münasibət bildirərək deyib:

  “Malaziyanın Fələstinə bağlılığı sürəcək və hər vaxt fələstinlilərin yanında olacağıq.

  İsrail rejiminin təzyiq və ədalətsizliyi hökm sürdükcə bu mövzuya səssiz qalmayacağıq.

  Fələstinə İsrailin hücumları Orta Şərqdə terrorizmin əsas səbəbidir.

  İşğal İsrailin tətbiq etdiyi dövlət terrorunun adıdır. Bu məsələ Qərbin bir çox dövləti tərəfindən görməməzliyə vurulur.

  Fələstin probleminin həlli dünya və bəşər üçün vacibdir. Əgər dünya barışı üçün bir fürsət olacaqsa, Fələstin probleminin həlli şərtdir. Bu problemi həll etmək üçün beynəlxalq ictimaiyyət yerindən edilən fələstinlilərin dərdinə əlac tapmalı, İsraildən onların torpaqlarının qaytarılmasını təmin etməlidir. Soyqırımçı İsrail ordusunun Fələstindəki işğallarına nöqtə qoyulmalı və fələstinlilər ana vətənlərinə qayıtmalıdır."



Әlaqәli Xәbәrlәr