Fransanın Səudiyyə Ərəbistanı və BƏƏ-yə satdığı silahlar Yəməndə istifadə olunurmuş

Bu sənəddə Yəməndə istifadə olunan silahlarla bağlı ətraflı məlumat yer alır.

1183854
Fransanın Səudiyyə Ərəbistanı və BƏƏ-yə satdığı silahlar Yəməndə istifadə olunurmuş

  Fransa hökumətinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) satdığı silahların Yəməndə istifadə olunduğu iddia edildi.

  “Radio France” və “Disclose” dövlət internet saytının Fransa Müdafiə Nazirliyi nəzdindəki hərbi kəşfiyyat şöbəsinə aid 25 sentyabr 2018-ci il tarixli məxfi sənədinə əsaslanan xəbərində Fransa hökumətinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə satdığı silahların Yəməndə husilərə qarşı istifadə edildiyi yazılıb.

  Bu sənəddə Yəməndə istifadə olunan silahlarla bağlı ətraflı məlumat yer alır.

  Məlumata görə, Yəməndə Fransaya məxsus 48 "Caesar" topunun istifadə edildiyi regionlarda 2016-cı ilin martı ilə 2018-ci ilin dekabrı arasında edilən 52 hücumda 35 mülki vətəndaş həyatını itirib.

  Yəməndə, eyni zamanda 70 Fransa qırıcı təyyarəsi və 1990-cı illərdə Fransanın Birləşmiş Ərəb Əmirliklərinə satdığı döyüş tankı da istifadə edilib.

  Sənəddə o da yazılıb ki, Yəməndə ən çox hava hücumları can itkisinə səbəb olub. Rəsmi Riyad 2015-ci ilin martından bu yana husilərin idarəsində olan torpaqlara 24 min intensiv hava hücumları edib.

  Səudiyyə Ərəbistanının Yəməndə bu hava hücumları üçün istifadə etdiyi döyüş təyyarələri Fransanın “Thales” şirkəti tərəfindən istehsal olunub.

  Fransa Səudiyyə Ərəbistanına silah satmağa davam edir və 2023-cü ilə qədər bu ölkəyə 147 döyüş topu təslim edəcəyi bildirilir.

  Sözügedən sənədin hesabatı 3 oktyabr 2018-ci ildə Yəmən mövzusunda keçirilən məhdud müdafiə şurasının iclasında prezident Emmanuel Makron, xarici işlər naziri Jan-İv le Drian (Jean-Yves le Drian) və Müdafiə naziri Florens Parliyə (Florence Parly) çatdırılıb.

  Halbuki Parli 20 yanvarda “France İnter” radiosu, le Drian isə 13 fevralda parlamentdə Səudiyyə Ərəbistanına heç bir şey vermədiklərini və Yəməndə Fransa silahlarının istifadə edilmədiyini demişdilər.



Әlaqәli Xәbәrlәr