Venesuelada Nikola Maduroya dәstәk mәqsәdilә yürüş keçirilib
Venesuelanın Birlәşmiş Sosialist Partiyasının gәnclәrdәn ibarәt qolu dövlәt başçısı Nikola Maduronu dәstәklәmәk mәqsәdilә nümayiş keçirib.
Venesuelanın Birlәşmiş Sosialist Partiyasının gәnclәrdәn ibarәt qolu dövlәt başçısı Nikola Maduronu dәstәklәmәk mәqsәdilә nümayiş keçirib.
Gәnclәr ölkәnin paytaxtı Karakasın Meksika bulvarındakı Morales Meydanında yürüşә başlayıb. Mәlumata әsasәn, yürüş Bolivar meydanında sona çatıb.
Venesuelanın Birlәşmiş Sosialist Partiyasının gәnclәrdәn ibarәt qolunun keçirdiyi nümayişә yüzlәrlә adam qatılıb.
Xatırladaq ki, Xuan Quaido özünü "müvəqqəti prezident" elan etdikdən sonra Avstraliya, Kanada, Kolumbiya, Peru, Ekvador, Paraqvay, Braziliya, Çili, Panama, Argentina, Kosta Rika və Qvatemala onu tanımışdılar. Avropa Parlamenti dә Xuan Quaidonu tanıdığını elan etmişdi.
Ancaq Meksika, Türkiyə, Rusiya, Kuba, Çin və Bolivya Venesuela prezidenti Nicolas Maduro hökumətinə dəstək verdiklərini elan etmişdilər. Maduro da cərəyan edən hadisələrə cavab olaraq ticari əlaqələr istisna olmaqla ABŞ ilə diplomatik və siyasi münasibətlərə son qoyduğunu açıqlamışdı.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.