Salanın içində olduğu və qalıqları dünən tapılan təyyarədə bir cəsəd aşkarlanıb

Argentinalı futbolçu Emiliano Salanın içində olduğu və qalıqları dünən tapılan təyyarədə bir cəsəd aşkarlanıb.

1138488
Salanın içində olduğu və qalıqları dünən tapılan təyyarədə bir cəsəd aşkarlanıb

Argentinalı futbolçu Emiliano Salanın içində olduğu və qalıqları dünən tapılan təyyarədə bir cəsəd aşkarlanıb.

İngiltərə Hava Qəzaları Araşdırma İdarəsi tərəfindən yayılan açıqlamada təyyarənin qalıqlarının uzaqdan idarə olunan bir su altı vasitəsilə görüntüləndiyi  bildirilərək, bundan sonrakı addımların qəzaya uğrayanların ailələri və polislə keçiriləcək danışıqlardan sonra qərara alınacağı vurğulanıb.

Qalıqların aşkarlanmasından dərhal sonra həm Emiliano Salanın həm də pilot Devid İbbotsonun ailələri proses barədə məlumatlandırılmışdı.

Qeyd edək ki, Fransanın “Nant” klubundan 20 milyon avroya İngiltərə Premyer Liqasında çıxış edən Uelsin “Kardiff Siti” klubuna keçən Salanı aparan təyyarə yanvarın 22-də radardan itib. Polis itkin düşənlərin axtarışını dayandıraraq, onların sağ qalma ehtimalının olmadığını açıqlayandan sonra təyyarənin tapılması üçün Salanı sevənlər könüllü şəkildə pul toplayıblar. 



Әlaqәli Xәbәrlәr