ABŞ Venesuelaya humanitar yardım göndәrәcәk

Bu barәdә Ağ Evin  milli təhlükəsizlik mәsәlәlәri üzrә məsləhətçisi Con Bolton (John Bolton)  şәxsi ‘‘Twitter’’ sәhifәsindә bildirib.

1137368
ABŞ Venesuelaya humanitar yardım göndәrәcәk

 

Amerika Birləşmiş Ştatları  müxalif lider Xuan Quaidonun xahişi  ilә ölkəyə humanitar yardım göndərəcəyini açıqlayıb.

Bu barәdә Ağ Evin  milli təhlükəsizlik mәsәlәlәri üzrә məsləhətçisi Con Bolton (John Bolton)  şәxsi ‘‘Twitter’’ sәhifәsindә bildirib.

‘‘ABŞ  Venesuelanın müvəqqəti dövlət başçısı Xuan Quaidonun xahişi ilә bu ölkәyә humanitar yardım göndәrәcәk. Nikola Maduro artıq istefa vermәlidir’’.

Digәr tәrәfdәn Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo (Mike Pompeo) şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada Con Boltona dәstәk verib.

Con Bolton və Mayk Pompeonun "Venesuelaya humanitar yardım" açıqlaması ABŞ-ın bu ölkəyə müdaxiləsini asanlaşdıracaq bir addım kimi qiymәtlәndirilir.

ABŞ rəhbərliyi  daha əvvəl verdiyi açıqlamalarda Venesuela xalqına yardım maqsәdi ilә 20 milyon dollar mәblәğindә  vәsait ayırdığını vә bu yardımı göndərməyə hazır olduğunu bildirmişdi.

Nikolas Maduro isə ABŞ-ın Venesuelaya  yardım etmә  səylərini "suverenlik hüququna müdaxilə" kimi qiymәtlәndirmişdi və buna qarşı olduqlarını ifadə etmişdi.

ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence)  də dünən verdiyi açıqlamada: "Maduro rejiminə son vermə zamanı gəldi" demişdi.

Qeyd edәk ki, Xuan Quaido özünü "müvəqqəti prezident" elan etdikdən sonra Avstraliya, Kanada, Kolumbiya, Peru, Ekvador, Paraqvay, Braziliya, Çili, Panama, Argentina, Kosta Rika və Qvatemala onu tanımışdılar. Avropa Parlamenti dә Xuan Quaidonu  tanıdığını elan etmişdi.

Ancaq Meksika, Türkiyə, Rusiya, Kuba, Çin və Bolivya  Venesuela prezidenti  Nicolas Maduro hökumətinə dəstək verdiklərini elan etmişdilər. Maduro da cərəyan edən hadisələrə cavab olaraq ticari əlaqələr istisna olmaqla ABŞ ilə diplomatik və siyasi münasibətlərə son qoyduğunu açıqlamışdı.



Әlaqәli Xәbәrlәr