"Liviyada hadisələrin ilk səbəbkarı Fransa prezidenti idi", S.Qəddafi

Seyfülislam Qəddafi atası - keçmiş Liviya başçısı Müəmmər Qəddafinin Fransanın əvvəlki prezidenti Nikola Sarkozinin (Nicolas Sarkozy) 2007-ci il seçki kampanyasına maliyyə dəstəyi verdiyini açıqlayıb.

1113687

  Əlində mühüm dəlillər olduğunu iddia edən Seyfülislam bildirib: “Şəxsən öz gözlərimlə Tripolidə (Trablus) Nikola Sarkozinin yaxın müşaviri Klod Quanta (Claude Gueant) pul verildiyini görmüşəm… Amma təəssüf ki, Liviyada xaos və terror hadisələrinin ilk səbəbkarı da Sarkozi oldu."

  Xatırladaq ki, bundan əvvəl Livan əsilli iş insanı Ziad Takiəddin Fransadakı 2006-cı il seçkiləri öncəsi Sarkoziyə 5 milyon avro verilməsinə vasitəçi olduğunu söyləmişdi.

  Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaqı davam edən keçmiş Fransa prezidenti Nikola Sarkozi isə çıxışlarında haqqındakı bu iddiaları rədd edib.

Әlaqәli Xәbәrlәr