"Facebook" şirkətinin binaları bomba təhdidinə qarşı boşaldıldı

"Facebook" şirkətinin Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatındakı binaları bomba təhdidilə əlaqədar boşaldıldı.

1105249
"Facebook" şirkətinin binaları bomba təhdidinə qarşı boşaldıldı

  Menlo Park Polis idarəsindən mövzu ilə bağlı məlumat yayılıb. Bildirilir ki, Nyu York Polis departamentinə "Facebook"un Menlo Park binalarına bomba yerləşdirildiyinə dair məlumat verilib.

  Mənbəyi naməlum olan məlumatdan dərhal sonra polis bomba təhlükəsinə qarşı yerli vaxtla saat 16.30-da binaları boşaltmağa başlayıb. Axtarış nəticəsində bomba yerləşdirildiyinə dair məlumatın doğru olmadığı və təhdid təşkil edəcək heç bir materialın tapılmadığı bildirilib.



Әlaqәli Xәbәrlәr