"Bu, Kataloniyanın müstəqillik yox, muxtariyyət referendumudur", P.Sançez

İspaniyanın Baş naziri Pedro Sançez Katalonyaya daha çox muxtariyyət verilməsilə bağlı referendum keçirilməsini təklif edib, müstəqillik tələbinə isə qarşı çıxıb.

1042493
"Bu, Kataloniyanın müstəqillik yox, muxtariyyət referendumudur", P.Sançez

   “Cadena Ser” radiosuna verdiyi müsahibədə P.Sançez deyib: “Yerli Kataloniya hökumətinin rəhbəri Quim Torra ilə danışdıq, Katalonyanın muxtariyyətini möhkəmləndirəcək bir səsverməyə ehtiyac olduğu qənaətinə gəldik. Ona görə bu, müstəqillik deyil, bir muxtariyyət referendumu olacaq".

  Qeyd edək ki, Kataloniya diktator Fransisko Frankonun ölümündən 3 il sonra 1978-ci il konstitusiyasına əsasən muxtariyyət alıb, 2006-cı ildə isə qanuni dəyişikliklərlə səlahiyyətini genişləndirib. İspaniya Konstitusiya Məhkəməsi 2010-cu ildə qanuni dəyişikliyin İspaniya deyil, katalonlara üstünlük verdiyini bildirərək əlaqədar maddələri ləğv edincə müstəqillik istəyi alovlanıb. 2017-ci ilin 1 oktyabrında keçirilən və İspaniya Konstitusiya Məhkəməsinin qeyri-qanuni elan etdiyi müstəqillik referendumundan sonra yerli hökumət Kataloniyanı 27 oktyabrda birtərəfli müstəqil elan etdi. Bundan sonra mərkəzi hökumət yerli rəhbərliyi vəzifədən uzaqlaşdırdı, regionu birbaşa idarə etməyə başladı və məhkəmələr də bəzi adamların həbsinə qərar verdi. Haqqında həbs qərarı olan Kataloniyanın əvvəlki rəhbəri Karls Puiqdemont (Carles Puigdemont) qaçdığı Belçikada yaşasa da, mərkəzi hökumətdə gərginlik hələ davam edir.



Әlaqәli Xәbәrlәr