G7 ölkələrinin Liderlər Sammiti başa çatdı

Dünyanın ən böyük iqtisadiyyatı olan G7 ölkələrinin Kanadanın Charlevoix bölgəsində keçirilən Liderlər Sammiti başa çatdı.

989638
G7 ölkələrinin Liderlər Sammiti başa çatdı

Dünyanın ən böyük iqtisadiyyatı olan G7 ölkələrinin Kanadanın Charlevoix bölgəsində keçirilən Liderlər Sammiti başa çatdı.

Sammitin bağlanışı münasibətilə keçirilən mətbuat konfransında çıxış edən Kanadanın Baş naziri Castin Trüdo (Justin Trudeau) bütün liderlərin ortaq bir kommunike qəbul etdiklərini söyləyib.

Sənəddə iqtisadi inkişaf üçün investisiya yatırılmasının vacibliyi vurğulanır, iş və peşə sahələrinə, gender bərabərliyinin və qadınların hüquqlarının qorunmasının və onların fəaliyyətinin dəstəklənməsinə diqqətin artırılacağı bildirilir.

Kommunikedə, həmçinin sülhsevər, dinc və təhlükəsiz dünya qurmaq üçün əməkdaşlığın vacibliyi qeyd olunur, iqlim dəyişikliyi və təmiz enerji məsələlərində birgə əməkdaşlığın önəmi diqqətə çatdırılır.

 



Әlaqәli Xәbәrlәr