Anqola hökuməti o diplomatını və bölgə direktorunu işdən çıxardı

Anqola hökuməti ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürməsi mərasiminə qatılan diplomatı və bunla əlaqəli qərarı təsdiqləyən bölgə direktorunu işdən çıxardı.

976982
Anqola hökuməti o diplomatını və bölgə direktorunu işdən çıxardı

Anqola hökuməti ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürməsi mərasiminə qatılan diplomatı və bunla əlaqəli qərarı təsdiqləyən bölgə direktorunu işdən çıxardı.

Anqola xəbər agentliyi “ANGOP”-un məlumatına görə, xarici işlər naziri Manuel Augusto Anqolanın Təl-Əviv səfirliyində səfir məsləhətçisi Joao Diaqo Fortunato və ona ABŞ-ın Qüdsdəki səfirliyin açılış mərasiminə qatılma səlahiyyəti verən Afrika və Orta Şərq bölgəsi üzrə direktoru Joaquim do Espirito Santonu vəzifəsindən çıxardı.

Nazirlik bunun səbəbinin iki diplomatın ölkədaxili qərarlara əməl etməməsi və ölkənin müsbət imicinə zərər yetirməsindən mənbələndiyini açıqladı.

Ölkənin rəsmi qəzeti də diplomatların vəzifədən çıxarılmalarının səbəblərini Qüdsdəki ABŞ səfirliyinin açılış mərasimində iştirak etmək və bunu təsdiqləmək olaraq yazdı.

Qeyd edək ki, fələstinlilər ABŞ-ın səfirliyini Qüdsə köçürməsinə və İsrailin quruluş ildönümü olan “Nebke”nin (Böyük fəlakət) 70-ci illiyinə etirazlarını bildirmək üçün mayın 14-də müsahirədə olan Qəzza sərhədində nümayişlər keçirdi. Sülhməqsədli nümayişlərə müdaxilə edən İsrail əsgərlərinin hücumları nəticəsində 65 fələstinli şəhid oldu, 3 mindən artıq adam isə yaralandı.



Әlaqәli Xәbәrlәr