İtaliyada siyasi qeyri-sabitlik davam edir

İtaliyada martın 4-də keçirilən və heç bir partiya, və ya ittifaqın hökumət qurmağa yetəcək əksəriyyətə nail olmadığı seçkilərdən sonra başlayan siyasi qeyri-sabitlik davam edir.

963572
İtaliyada siyasi qeyri-sabitlik davam edir

 İtaliyada martın 4-də keçirilən və heç bir partiya, və ya ittifaqın hökumət qurmağa yetəcək əksəriyyətə nail olmadığı seçkilərdən sonra başlayan siyasi qeyri-sabitlik davam edir.

 İtalyanın ANSA xəbər agentliyinin yaydığı məlumata görə, hökumətin böyük ortağı və seçkilərdən üçüncü çıxan Demokrat Partiyasının (PD) müvəqqəti lideri Maurizo Martina partiyasının mərkəz sağ ittifaqı,və ya həddindən artıq sağçı Liqa partiyası rəhbərliyindəki bir hökuməti dəstəkləməsinin mümkün olmadığını bildirib, seçkilərdən 2 ay keçməsinə baxmayaraq, hökumətin qurula bilinmədiyi İtaliyanın növbədənkənar seçkləri riski ilə üz-üzə olduğunu qeyd edib.

 Digər tərəfdən  İtaliya prezidenti Sergio Mattarella aprel ayının ilk iki həftəsində hökuməti qurma səlahiyyətini verəcəyi tərəfi müəyyən etmək üçün parlamentdəki siyasi partiyalarla birinci və ikinci tur danışıqlar aparmışdı. Lakin danışıqların bir nəticəsi olmamışdı.

  Prezident Mattarella ötən həftə də sistem əleyhinə sol görüşlü 5 Ulduz Hərəkati ilə  sol fikirli Demokrat Partiyası arasında hökumət qurmaq ehtimalının olub- olmadığını müəyyən edilməsini Nümayəndələr Palatasının rəhbəri Roberto Fikoya tapşırmışdı. Fiko  tərəflər arasında dialoqun başladığını və son nəticənin Demokrat Partiyası idarə heyətinin toplantısından sonra bəlli olacağını bildirmişdi.

İtaliya Prezident Aparatından verilən yazılı açıqlamada   prezident Sergio Mattarellanın 7 may, bazar ertəsi günü hökumətin qurulmasına dair danışıqlara davam edəcəyi bildirilir. Prezidentin həm siyasi tərəflərlə, həm də Respublika Senatı və Nümayəndələr Palatasının sədrləri ilə eyni  gündə görüşəcəyi qeyd edilir.

 



Әlaqәli Xәbәrlәr