Oriol Junkerasın təxliyə istəyi qəbul edilmədi

Xatırladaq ki, Kataloniya Muxtar Vilayəti 2017-ci ilib 1 oktyabr tarixində qeyri-qanuni müstəqillik referendumuna getmiş, Kataloniya yerli parlamenti də referendumunun nəticəsinə görə 27 oktyabrda təktərəfli müstəqillik elanı qərarı vermişdi.

882747
Oriol Junkerasın təxliyə istəyi qəbul edilmədi

  İspaniya Ali Məhkəməsi keçmiş Kataloniya Muxtar İdarəçiliyinin sədr müavini Oriol Junkerasın təxliyə istəyi rədd edilib.

  Üç hakimdən ibarət məhkəmə heyəti yanvarın 4-ündə olan kassasiya məhkəmə iclasından sonra Junkerasın təxliyə tələbinə dair qərarı ayın 5-ində açıqlayıb. Məhkəmə bu hadisənin təkrarlanma riski olacağına diqqət çəkərək "dövlətə qarşı çıxma və üsyan", "qiyam" və "dövlət malını sui-istifadə" ittihamları ilə Junkerasın tələbini yekdilliklə rədd qərarı verib.

  Qeyd edək ki, Kataloniya Muxtar İdarəçiliyinin keçmiş sədr müavini Oriol Junkeras məhkəmə iclasında özünün "dindar və dialoq istəyən bir sülh adamı" olduğunu bildirərək siyasi təmsil vəzifəsini yerinə yetirmək üçün azadlığa buraxılmasını istəmişdi.

  Xatırladaq ki, Kataloniya Muxtar Vilayəti 2017-ci ilib 1 oktyabr tarixində qeyri-qanuni müstəqillik referendumuna getmiş, Kataloniya yerli parlamenti də referendumunun nəticəsinə görə 27 oktyabrda təktərəfli müstəqillik elanı qərarı vermişdi. Amma elə həmin gün mərkəzi hökumət İspaniya Senatının razılığı ilə konstitusiyanın 155-ci maddəsini əsas götürərək Katalonya yerli hökumət və parlamentini buraxmış, 21 dekabrda erkən yerli seçki elan etmişdi.  

  "Dövlətə qarşı çıxma”, “üsyan", "qiyam" və "dövlət malını sui-istifadəetmə" maddələrilə Kataloniyanın başqa siyasi adamları həbs olunmuş, Muxtar İdarəetmənin keçmiş sədri Karls Puçdemon (Carles Puigdemont) və 4 keçmiş nazir Belçikaya qaçmışdı. 21 dekabr seçkilərində isə başqa partiyalar parlament əksəriyyətini əldə etdi.



Әlaqәli Xәbәrlәr