"Panama sənədləri"ndən sonra indi də "Cənnət sənədləri" vəlvələ saldı

“Cənnət sənədləri” (Paradise Papers) adı verilən və ötən il mətbuatda yayılan "Panama sənədləri" hadisəsiylə oxşarlıq daşıyan materiallar kraliça II Yelizavetanın milyonlarla funt-sterlinqi “off-shore” hesablarında işlətdiyini də ortaya qoyub.

841558
"Panama sənədləri"ndən sonra indi də "Cənnət sənədləri" vəlvələ saldı

  İngiltərə kraliçası II Yelizaveta Amerika Birləşmiş Ştatlarının Ticarət naziri Uilbur Rossun da aralarında yer aldığı siyasətçi və iş adamlarının “off-shore” hesabları ilə bağlı təxminən 13,4 milyon sənəd dünya miqyasında 100 mətbuat orqanında çıxmağa başladı.

  “Cənnət sənədləri” (Paradise Papers) adı verilən və ötən il mətbuatda yayılan "Panama sənədləri" hadisəsiylə oxşarlıq daşıyan materiallar kraliça II Yelizavetanın milyonlarla funt-sterlinqi “off-shore” hesablarında işlətdiyini də ortaya qoyub.

  Təxminən 1,4 terrabaytlık məlumat həcminə malik 13,4 milyon sənəddən ibarət olan "Cənnət sənədləri" "Panama sənədləri"ndən sonra dünyada ikinci böyük hadisə sayılır.

  Üzərində son bir ildir 380 jurnalistin araşdırdığı "Cənnət sənədləri"ndə əldə edilən məlumatlar bir həftə boyu layihədə iştirak edən mətbuat orqanları tərəfindən yayımlanacağı bildirilib.

  Sənədlərin əksəriyyətinin “Bermuda” mərkəzli “Appleby” hüquq firmasından keçildiyi qeyd edilir.

  Kraliçanın investisiyalarında qeyri-qanuni bir istiqamət olmadığı və hər hansı bir vergi qaçaqmalçılığı dairəsinə daxil olmadığı təyin edilsə də, “off-shore” investisiya seçimi etməsi mübahisə doğurur.

  “Cənnət sənədləri"ndə ABŞ Ticarət naziri Ulbur Rossla Rusiya prezidenti Vladimir Putinin kürəkəninin birgə sərmayələri başda olmaqla çox sayda siyasət və iş adamına münasibətlər də yer alır.

  Xatırladaq ki, ötən il mərkəzi Panamada yerləşən hüquq firması “Mossack Fonseca” tərəfindən aşkarlanan 11,5 milyon sənəd "Panama sənədləri" başlığı ilə yayılaraq bir çox ölkədə korrupsiya cinayət işlərinin açılmasına və bəzi yüksək səviyyəli məmurların istefalara səbəb oldu.



Әlaqәli Xәbәrlәr