İtaliya prezidenti yeni hökumətin qurulması istiqamətində siyasi məsləhətləşmələr aparır

İtaliyada yeni hökumətin qurulması prosesi davam edir.

626876
İtaliya prezidenti yeni hökumətin qurulması istiqamətində siyasi məsləhətləşmələr aparır

İtaliyada dekabrın 4-də  keçirilən referendumda məğlubiyyətə uğradıqdan sonra baş nazir vəzifəsindən istefa verən Matteo Renzinin başçılıq etdiyi  koalisiya hökumətinin yerinə yeni hökumətin qurulması prosesi davam edir.
 
 Prezident Sergio Mattarella bu istiqamətdə siyasi məsləhətləşmələrə başladı.
 
 Mattarella Respublika Senatının sədri,  Deputatlar Palatasının sədri və sabiq prezident  Napolitano ilə ayrı-ayrılıqda görüşərək onlarla fikir mübadiləsi apardı.
 
 Məsləhətləşmələr bu gün və sabah da davam edəcək.
 
 İtalyan mətbuatında əks olunan məlumatlara görə, bazar, və ya bazar ertəsi günü yeni hökumət üçün təyin gözlənilir.
 
 Bu arada, istefasını verdikdən sonra vətəni Florensiyaya dönən Renzinin təkrar vəzifəyə gətirilməsi də ssenarilərdən birini təşkil edir.
 
 



Әlaqәli Xәbәrlәr