29 yaşlı nazir içkiyǝ görǝ istefa verib

İsveçdǝ nazir Aida Hadzialic avtomobili içkili vəziyyətdə idarə edərkən tutulduqdan sonra istefa verib.

551906
29 yaşlı nazir içkiyǝ görǝ istefa verib

29 yaşlı Bosniya müsəlmanı nazir Aida Hadzialic hökumətdə təhsil naziri vəzifəsini tuturdu.

İsveçin ilk müsəlman naziri olan Hadzialic deyib ki, hadisə  həyatındakı “ən böyük səhv” olub.

1992-ci  ildǝ İsveçə ailəsi ilə birlikdə 5 yaşındaykən  köç  etmiş  olan Hadzialic Danimarka və İsveç arasındakı körpü üzərində polis tərəfindən saxlanmazdan əvvəl iki qədəh şərab içibmiş, halbuki maşın sürmək üçün icazəli norma 1 qədəhdir.

Onun qanında aşkar edilən alkoqolun miqdarı hər litrə 0, 2 qramdan çox olub və indi keçmiş nazir 6 aylıq həbs cəzası ilə üzləşə bilər.

O etiraf edib ki, həmin axşam Kopenhagendə gecə gəzintisi zamanı bir qədəh qazlı şərab və bir qədəh də qırmızı şərab içib.

O bundan dörd saat sonra öz avtomobilində İsveçin cənubundakı Malmö şəhərinə yollanıb.

Hadzialic belə zənn edib ki, dörd saat spirtin sorulub getməsi üçün kifayət edəcək.

Media yazır ki, Aida Hadzialic Britaniyada, Maltada və ya ABŞ-da nazir olsaydı vəzifəsindən getməzdi. Bu ölkələrdə spirtin sürücülər üçün qandakı limiti hər litrə 0,8 qramdır.



Әlaqәli Xәbәrlәr