“Suriya böhranına  siyasi  hǝll yolu tapılmalıdır”

BMT-nin Müstəqil Suriya Araşdırma Komissiyası üzrǝ sədri Paulo Sergio Pinheiro, Suriya böhranının “qeyd-şərtsiz” siyasi yollarla hǝlli edilmǝsi haqda çağırış verib.

515396
“Suriya böhranına  siyasi  hǝll yolu tapılmalıdır”

BMT-nin İnsan Hüquqları Şurasının 32-ci sesiyasında çıxış edǝn Pinheiro, Suriyadakı humanitar vəziyyət haqqında məlumat verib. Onun sözlǝrinǝ görǝ

Dinç sakinlǝr, mǝsum insanlar rejimin avia hücumları və digər silahlı qrupların törǝtdiklǝri hadisǝlǝrin qurbanı olmaqda davam etdiyinə diqqəti çǝkib. Hələb və İdlibdǝ davam edən hücumlarda çoxu uşaq olmaqla yüzlərlə mǝsum insanın öldüyünü vurğulayıb. “Suriyada bəzi uşaqlar döyüş əsnasında dünyaya gǝldi vǝ qarşıdurmalar sona çatmamış dünyasını dǝyişdilǝr” deyǝn Pinheiro, Əl-Nusra və Əl-Qaidə ilǝ əlaqəli terror qruplaşmalarının 15 yaşından kiçik uşaqların ǝlinǝ silah verdiklǝrinǝ dair xǝbǝrlǝrin də narahatlıq yaratdığını, xəstəxanaların hǝdǝf götürüldüyü hücumlarda isə indiyə qədər 700-dən çox həkim və sǝhhiyǝ işçisinin həyatını itirdiyini bildirib.



Әlaqәli Xәbәrlәr