Yeni Panama sənədləri yayıldı

Dünyada qalmaqala səbəb olan yeni məxfi  Panama sənədləri yayılıb.

487780
Yeni Panama sənədləri yayıldı

Dünyada qalmaqala səbəb olan yeni məxfi  Panama sənədləri yayılıb.

Bu sənədlərdə İngiltərə, Rusiya, ABŞ, Fransa kimi ölkələrdən minlərlə adam və şirkətin ofşor (off-shore) investisiyaları ortaya çıxarılıb.

Honkonq, İngilis Virgin adaları, Panama və Nevada kimi "vergi və gizlilik" cənnəti olaraq bilinən bölgələrdə qurulan şirkətlərin əsl sahiblərinin adları da olan sənədlər, Mossack Fonseca hüquq şirkətinin  1977-ci ildən 2015-ci ilin sonuna qədər apardığı araşdırmalara əsaslanır.

Yeni sənədlərdə Mossack Fonseca ilə müştəriləri arasında vasitəçilik edən bankların və digər şirkətlərin də məlumatları var.

Xatırladaq ki, ilk Panama sənədləri bir çox ölkədə korrupsiya ilə bağlı cinayət işlərinin açılmasına  və bəzi səlahiyyətlilərin istefalarına səbəb olmuşdu. 



Әlaqәli Xәbәrlәr