İspaniyanın Sənaye naziri istefa etdi

Dünyanı bir-birinə vuran "Panama Sənədləri"ndə adı olan İspaniyanın Sənaye naziri Xose Manuel Soria istefa etdi.

471575
İspaniyanın Sənaye naziri istefa etdi

Soria istefa məktubunu Baş nazir Mariano Rajoya e-poçta ilə göndərdi.

Haqqındakı iddiaları rədd edən Soria hökumətə zərər gəlməməsi üçün belə bir qərar aldığını bildirdi.

İspaniyada Soria haqqında Panamanın hüquq firması Mossack Fonseca tərəfindən yaradılan U.K. Lines adlı off- shore şirkəti ilə olan bağları ilə əlaqədar araşdırma başlamışdı.

Off-shore şirkətində milyonlarla dollar investisiyası olduğu iddiası ilə üzləşən İslandiya Baş naziri də daha əvvəl ictimaiyyətin reaksiyaları səbəbindən istefa etmişdi.



Әlaqәli Xәbәrlәr