Polis “Mossack Fonseca”da yoxlamalara başladı

Panama sənədlərinin sızdırılması mərkəzi olan “Mossack Fonseca" hüquq məsləhətxanasının paytaxt Panamadakı mərkəzinə polis basqını təşkil edilib.

470223
Polis “Mossack Fonseca”da yoxlamalara başladı

Baş prokurorluq şirkətin qanunsuz fəaliyyət göstərməsinə dair iddialara bağlı axtarış apardıqlarını açıqlayıb. “Mossack Fonseca"ya aid 11,5 milyon səhifəlik sənəd aprelin 3-də "Panama sənədləri" adı altında mediaya təqdim olunmuşdi. Sözügedən sənədlərdə xeyli sayda şəxs və şirkətin beynəlxalq vergi qaçaqçılığı, çirkli pulların yuyulması, beynəlxalq sanksiyaları ləğv etmək kimi məqsədlərlə off-shore şirkətlər və hesablar üzərindən maliyyə əməliyyatları edildiyi iddia edilir. Sənədlərdə aralarında dövlət başçılarının da olduğu 100-dən çox siyasətçi ilə bərabər tanınmış şirkət və məşhur simaların da adı var. Bunlar arasında Rusiyanın dövlət başçısı Vladimir Putinin ən yaxın yoldaşları, Suriya lideri Vladimir Putin​in əmisi oğlanları, Çinin dövlət başçısı Şi Cinpingin qayını və 6 il əvvəl futboldan uzaqlaşdırılan UEFA-nın rəhbəri Mişel Platininin də adları yer alıb. İslandiyanın Baş naziri David Gunnlauqsonın istehfasına səbəb olan sənədlərdə adı hallandırılan İngiltərə Baş naziri David Cameron üçün də istefa çağırışları səsləndirilir



Әlaqәli Xәbәrlәr