Birləşmiş Millətlər Təşkilatı yeni Baş katibinı seçir

Bu ilin sonunda səlahiyyət müddəti bitəcək Baş katib Pan Gi-Munun kürsüsündə əyləşəcək şəxsin bəlli olunması prosesi başlayıb.

470116
Birləşmiş Millətlər Təşkilatı yeni Baş katibinı seçir

Namizədlər sırasında hələlik 4-ü qadın olmaqla 8 nəfər var. Namizəd göstərmə proseduru üçün son tarix yoxdur, lakin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iyul ayında məsələni müzakirəyə çıxaracağı nəzərdə tutulduğu üçün bu müddətədək prosesin tamamlanması gözlənilir.

BMT Baş katibliyinə namizədliyini verən şəxslərin adlarına gəlincə bunlar,

Çernoqoriya Baş nazirin müavini və xarici işlər naziri İqor Luksic, UNESCO-nun hazırkı baş katibi İrina Bokova, 2006-2015 illərdə BMT-nin Mühacirlər üzrə Ali Komissarı olmuş portuqaliyalı Antonio Guterres, Sloveniyanın eks- prezidenti Danilo Türk, Moldovanın Baş nazir müavini və xarici işlər naziri Natalia Gherman, Xorvatiya Baş nazir müavini və xarici işlər naziri Vesna Pusic, əvvəllər BMT Baş Məclisin sədri olmuş makedoniyalı siyasətçi Srgjan Kərim, 1999-2008 illərdə Yeni Zelandiyanın Baş naziri olmuş və hazırda BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Clarkdır.

BMT tarixində ilk dəfə Baş katibin seçki prosesi daha şəffaf şəkildə həyata keçirilməyə çalışılsa da, seçki prosesində əsas söz sahibləri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, Fransa, İngiltərə və Çin olacaq.



Әlaqәli Xәbәrlәr