"Panama sənədləri"nin əks-sədaları davam edir

Rusiya prezidenti Vladimir Putin "Panama sənədləri"ndə adının hallanmasını "Rusiyanın stabilliyini pozma səylərinin bir hissəsi" kimi səciyyələndirdi.

466966
"Panama sənədləri"nin əks-sədaları davam edir


Sankt-. Peterburq şəhərində keçirilən media mövzulu foruma qatılan Putin iddialara dair sualı: "Rusyanı stabilliyini daxildən pozmağa, cəmiyyətdə rəhbərliyə qarşı etimadsızlıq yaratmağa çalışırlar" şəklində cavab verdi.

İngiltərənin Baş naziri David Cameron atasının Panama şirkətin off-shore fondunda payı olduğunu qəbul etdi.

Cameron dünən ITV kanalına verdiyi müsahibədə həyat yoldaşı və özünün atasının qurduğu off-shore fondunda pay sahibi olduqlarını, 12 min 497 funt-sterlinqə aldığı səhmlərini 2010-ci ildə 30 min funt-sterlinqə satdıqlarını bildirdi.

Ortada gizlədəcək bir şey olmadığını dilə gətirən Cameron fondlardan əldə etdiyi qazancların vergisini ödədiyini də qeyd etdi.

Argentinada isə Dövlət başçısı Mauricio Macrinin "Panama sənədləri"ndə göstərilən "off-shore" şirkəti ilə əlaqəsinin olduğu iddiasından sonra Macri barəsində cinayət işi açıldı.

Amerika Birləşmiş Ştatları Dövlər Departamentinin Sözçüsü Mark Toner isə "sənədlər"in sızdırılmasında maraqları olduğu istiqamətindəki iddiaları rədd etdi.



Әlaqәli Xәbәrlәr