Panama sənədlərində Argentina prezidenti Mauricio Macrinin də adı var

Dünyanın dördüncü ən böyük hüquq firması Panama Mossack Fonsecadan sızdırılan sənədlərdə "offshore" hesablarında pulu olan liderlər arasında Argentinanın Dövlət başçısı Mauricio Macrinin də adı vardır.

464754
Panama sənədlərində Argentina prezidenti Mauricio Macrinin də adı var

Sənədlərdə Mossack Fonseca adlı iş adamının Buenos-Airesin meri vəzifəsində olduğu dövrdə Macriyə hüquqi məsləhət xidməti verdiyi iddia edilir.

"Fleg Trading Limited" adlı şirkətdə Macrinin atası və qardaşı rəhbər vəzifələrdə, özü isə direktor və müavin pozisiyalarında olub.

Mauricio Macri Buenos-Airesin meri​ vəzifəsində olarkən şirkətlə əlaqəsi olduğu barədə heç bir açıqlama verməyib, ancaq 2007 və 2008-ci illərdə Amerika Birləşmiş Ştatlarında və başqa xarici ölkələrdə hesabları və mülkiyyəti olduğunu bildirib.

Hökumətin verdiyi açıqlamada isə Macrinin ailəsinin sözügedən şirkətin səhmlərində payı olmadığı vurğulanır.

Açıqlamada şirkətin investisiya qurumu olaraq yaradıldığı və Macrinin də bu şirkətdə direktor vəzifəsində olduğu qeyd edilir.



Әlaqәli Xәbәrlәr