Yəməndə qanlı hadisǝ:ölǝnlǝr var

Beyda şəhərində Husilər ilə prezident Abdurabbu Mənsur Hadini dǝstǝklǝyǝn Xalq Müqavimət Qüvvǝlǝri arasındakı baş verǝn hadisǝlǝrdǝ 32 nǝfǝr hǝyatını itirib.

445708
Yəməndə qanlı hadisǝ:ölǝnlǝr var

Rəhbərliyə yaxın mǝnbǝlǝr, Beyda şəhərində Husilərin avtomobilinǝ hücum tǝşkil edildiyini, hadisǝdǝ 1 Husi komandir ilə 7 can güdǝnin öldüyünü irǝli sürüblǝr.

Başqa bir bölgədə meydana gələn qarşıdurmalarda isə 24 nǝfǝr həyatını itirib. Ölənlərdən 20-nin Husi olduğu açıqlanıb.

Qeyd edǝk ki, Husilərin ələ keçirməyə çalışdığı Zub bölgəsində 5 gündür şiddətli qarşıdurmalar yaşanır.

Yəməndə təxminən bir ildir davam edən vətəndaş müharibəsində 6 mindən çox insan həyatını itirib. 10 min nǝfǝr dǝ yaralanıb.



Әlaqәli Xәbәrlәr