Xarici mətbuat 30 iyun 2021

Dünya mətbuatında gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar

1667203
Xarici mətbuat 30 iyun 2021

“Al-Dustour” (İordaniya qəzeti): 2020-ci ildə Avropa İttifaqına sığınma müraciətləri 32% azalıb.

“al-Quds “al-Arabi” (Ərəb - İngilis Qəzeti): Pakistanın BMT yanındakı nümayəndəsi Qüdsdə Əl-Ərəbiyə qəzetinə müsahibəsində Noyabr ayında Pakistanlı bir səlahiyyətlinin İsrailə gizli səyahət etdiyinə dair xəbərlərin doğru olmadığını bildirib.

“el-Raye el-Qatariyye” (Qətər Qəzeti): İsrail Qüdsdə Fələstinlilərə məxsus tikintiləri dağıdmağa davam edir.

“Deutsche Welle”: Türk turizmində sıxlıq diqqətləri  cəlb edir. İyul ayında Alman və İngilis turist axını gözlənilir.

“zeit.de”: 2019-cu ildə Almaniyaya köç edənlərin sayı 24% azalıb.

welt.de: İrlandiya koronavirusun Delta mutasiyasına görə 5 iyul tarixinə planlaşdırılan  “normallaşma” prosesini təxirə  salır.

“Le Monde”: Fransa Senatı terrorizmə qarşı mübarizəni və kəşfiyyatı  gücləndirən qanun layihəsini təsdiqlədi.

“Le Figaro”: 2023-cü ildən etibarən Fransa parasetamol istehsalına yenidən başlayacaq.

“Le Parisien”: Fransa Prezidenti Emmanuel Makrondan araşdırma və yenilik  ilə bağlı milyard avroluq plan.

“La Vanguardia” (İspaniya): İspaniya Baş naziri Pedro Sánchez və Kataloniya lideri Pere Aragones dialoq barədə razılığa gəliblər.

“Infobae” (Argentina): Modernna laboratoriyasının qurucusu: “Koronavirus Wuhan laboratoriyasından çıxdı”.

“Prensa Latina” (Kuba): Kuba Amerika Birləşmiş Ştatları (ABŞ) ilə immiqrasiya danışıqlarının yenidən bərpasını gözləyir.

“RBK”: Qvatemala rəhbərliyi tədarükün gecikməsi səbəbindən Rusiyadan Sputnik V peyvəndi üçün ödədiyi pulun qaytarılmasını tələb edir.

“BFM.RU”: Rusiya reaktiv təyyarələri, Qara dənizdəki Krım yarımadası yaxınlığındakı Kerç boğazına yaxınlaşan Hollandiya bayraqlı Evertsen gəmisinə müdaxilə  ediblər və  boğazdan uzaqlaşdırıblar.

“TASS”: "Soyuz" raketi “Progress MS-17” yük gəmisi ilə birlikdə Qazaxıstandakı Baykonur bazasından Beynəlxalq Kosmik Stansiyaya göndərildi.



Әlaqәli Xәbәrlәr