Xarici mətbuat 29 iyun 2021

Dünya informasiya vasitələrində gündəmə dair əks olmuş xəbərlərdən başlıqlar

1666553
Xarici mətbuat 29 iyun 2021

“Al Jazeera”: Livanda pisləşən yaşayış şərtlərinə etiraz aksiyaları keçirilir. Nümayişçilər təkərlər yandıraraq yolları bağlayırlar.

“Al-Quds Al-Arabi”: ABŞ Dövlət Departamenti Covid-19 epidemiyası ilə bağlı açıqlama yayıb. Bildirib ki, Vaşinqton rəhbərliyi Birləşmiş Ərəb Əmirliklərinə səyahət edilməməsini məsləhət görür.

“Al-Quds Al-Arabi”: ABŞ Prezidenti Co Bayden İsrailin yeni Baş nazirini qəbul etməyi səbirsizliklə gözlədiyini bildirib.

“Al-Dustour” (İordaniya): Hindistanda yeni növ koronavirusun (Kovid-19) “Delta” variantının yayılması məhdudiyyətlərin qaldırılmasının qarşısını alır və dünyanı yenidən məhdudiyyətlər tətbiq etməyə yönəldir.

“Le Monde”: AÇ-2021: Fransa Milli Futbol Komandası İsveçrə ilə oynadığı qarşılaşmadan məğlub ayrıldı.

 “Le Figaro”: Şirkətlər xarici işçiləri onlayn işə cəlb etməyə cəhd edirlər.

 “Fransa 24”: Delta variantına görə sərhəd idarəçiliyi mövzusunda Avropalılar arasında fikir fərqliliyi yaranıb.

“Süddeutsche Zeitung”: Almaniyada yeni koronavirus hadisəlirinin 35%-nin Delta variantı olduğu bildirilib.

“Deutsche Welle”: Alman hökuməti əsgərlərinə yönəlik təşkil edilən intihar hücumuna baxmayaraq, Mali Respublikası missiyasından çıxmayacağını bildirib.

Zeit.online”: NATO və Ukrayna Qara dənizdə genişmiqyaslı hərbi təlim başladıb.

El Pais” (İspaniya): İspaniyada Muxtar Rəhbərliklər, Delta variantının təhdidi və son zamanlarda koronavirus hadisələrinin artması səbəbi ilə gənclərə peyvənd vurma işlərinin sürətlə aparılması qərarına qəliblər.

“El Mundo” (İspaniya): Aparılan iki araşdırmaya görə, vurulan iki doza peyvəndin fərqli olması daha təsirlidir.

“El Nacional” (Venesuela): Çilidə Delta variantı xəbərdarlığı: ikinci hadisə də təsdiqləndi.

“RBK”: Rusiya Prezidenti Vladimir Putin: 2hava hücumundan müdafiə sistemi S-500 “Prometey” , qitələrarası ballistik raket (ICBM) “Sarmat” və hipersəsli raket olan “Zirkon” tezliklə Rusiya ordusuna təhvil veriləcək”.

“Kommersant”: ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Moskva ilə ortaq maraqlar sahələrində əməkdaşlıq etməsinin vacibliyinə inanır.

“İnterfaks”: Rus gəmiləri və qırıcıları Aralıq dənizində hərbi təlimlər keçirib.

 



Әlaqәli Xәbәrlәr