Xarici mətbuat, 25 iyun 2021

Dünya informasiya vasitələrində gündəmə dair xəbərlərdən başlıqlar

1664484
Xarici mətbuat, 25 iyun 2021

“Al-Quds Al-Arabi”: Livan planının uğursuz olmasının yeganə cavabdehi Fransa Prezidenti Emanuel Macrondur.

“Al-Jaazra” : Associated Press rəsmilərə istinad etdiyi xəbərində ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması işinin iki həftəyə dək tamamlanacağını bildirib.

“Al-Dustour” (İordaniya): Vaşinqton Tehranın kosmosa peyk atma cəhdinin uğursuzluqla nəticələndiyini irəli sürüb. Tehran ilə ABŞ-ın iddiasını təkzib edib.

“Le Monde”: Kanadada yerli uşaqlara xidmət verilən bir internat kilsə məktəbinin həyətində yeni adsız qəbirlər aşkar edilib.

“Fransa 24”: Avropa İttifaqı Rusiya Prezidenti Vladimir Putinlə zirvə toplantısı keçirlmə ehtimalının olmadığını bildirib.

“Le Figaro”: ABŞ-ın Florida ştatında bir binanın çökməsi nəticəsində 1 nəfər həyatını itirib, 99 nəfər itkin düşüb.

“Tagesschau”: Almaniya kansleri Angela Merkel Türkiyə ilə strateji əməkdaşlığı inkişaf etdirməli olduqlarını vurğulayıb.

“Deutsche Welle”: Almanların son həftələrdə tətil rezervasiyalarında böyük nisbətdə artım qeydə alınıb.

“El Pais”: (İspaniya) İspaniya Hökümət Başçısı Pedro Sanchez, "Kataloniya Prosesi" məhbusların qismən əfv ediləcəyini açıqladıqdan sonra Konqresdəki mərkəz sağ nümayəndələrin tənqidinə məruz qalıb.

“El Mundo”: (İspaniya) Ötən Mart ayında İspaniyada təsdiqlənmiş evtanaziya qanunu qüvvəyə minir.

“TeleSur”: (Venesuela) Venesuelanın paytaxtı Karakasda keçirilən Dövlət və Hökumət Başçıları sammiti sona çatdı.

“TASS Agentliyi”: Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilən sammitində Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkelin Avropa İttifaqı liderləri ilə Rusiya prezidenti Vladimir Putinlə görüş təklifi rədd edildi.

“İzvestiya qəzeti”: Leninqrad bölgəsində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib.

“RBK”: Belarusun paytaxtı Minskdə tutulan Rusiya vətəndaşı dissident Sofiya Sapega ev dustaqlığına verildi. (Sapega, Afinadan Vilnüsə uçan Ryanair təyyarəsi Minskə endirildikdən sonra həbs olunmuşdu)



Әlaqәli Xәbәrlәr