Xarici mətbuat, 14 iyun 2021

Dünya informasiya vasitələrində gündəmə dair dərc olunmuş xəbərlərin başlıqları.

1657278
Xarici mətbuat, 14 iyun 2021

“El-Raya El-Qatariye” (Qətər): Səudiyyə Ərəbistanı bu il həcc ziyarəti üçün yalnız vətəndaşlarına və Krallığın sakinlərinə icazə verəcək.

“Yeni Hayat” (Fələstin–İordan çayının qərb sahili): Fələstin Baş naziri Məhəmməd İştiyyə, Qəzza zolağının yenidən qurulmasına dair danışıqlar aparmaq üçün Dünya Bankı heyətini qəbul edib.

“El-Vatan” (Oman): Oman Sultanlığı, Fransa ilə hərbi əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalayıb.

“Frankfurter Allgemeine Zeitung”: Papa Francis Aralıq dənizini “Avropanın ən böyük qəbiristanlığı” olaraq xarakterizə edib.

“dpa”: İngiltərə Kraliçası II. Elisabeth ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Birinci xanım Jill Baydenı qəbul edib.

“Tagesspiegel.de”: İsraildə tarixi hakimiyyət dəyişikliyi, Binyamin Netanyahu dövrü hələlik sona çatdı.

“Le Parisien”: Netanyahunun 12 il davam edən hökümət rəhbərliyi vəzifəsi sona çatdı.

“Le Monde”: Fransanın Baş qərargah rəisi ordu generalı Lecointre istefa verib. “Fransa 24”: NATO Zirvəsi: İttifaq transatlantik münasibətlərdə yeni bir səhifə açmaq istəyir.

“El País”, (İspaniya): G-7 liderləri 2022-ci ildə 1 milyard Covid-19 əleyhinə peyvənd bağışlamağı vəd ediblər.

“La Vanguardia” (İspaniya): İqlim şərtləri səbəbiylə miqrasiya sayında rekord artım qeydə alınıb. 2020-ci ildə 40 milyon insan köç etmək məcburiyyətində qalıb. Köçlərin 75%-nə təbii fəlakətlər səbəb olub.

“Telesur” (Venesuela): Braziliya və Venesuela Amerika kuboku 2021 (Cənubi Amerika futbol turniri) oyunlarının açılışını reallaşdırıb.

“İzvestiya Qəzeti”: ABŞ-ın Rusiya dövlət istiqrazlarının alınmasına qoyulan qadağa bu gündən etibarən qüvvəyə minib. Qadağa qərarı Amerika maliyyə qurumlarına tətbiq ediləcək.

“RBK”: ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinin Vaşinqtonun təzyiqlərinə baxmayaraq mövqeyini dəyişdirməməsinin xarakter xüsusiyyətlərindən asılıdır deyib.

“Lenta.ru”: 17 iyun tarixindən etibarən Rusiyşanın Sankt-Peterburq şəhərində koronavirus əleyhinə mübarizə çərçivəsində karantin tədbirləri artırılacaq.



Әlaqәli Xәbәrlәr