Xarici mətbuat, 20 may 2021

“Al Raya”, “Al-Quds Al-Arabi”, “Al-Quds Al-Arabi”, “Al Jazeera”, “Tagesspiegel”, “Spiegel.de”, “DW”, “El Mundo”, “El Pais”, “El Nacional”, “France 24”, “Le Figaro”, “Le Monde”, “İzvestiya”, “Lenta.ru” və TASS xəbər agentliyi bu gün nələrdən yazır?

1642375
Xarici mətbuat, 20 may 2021

 

“Al Raya” (Qətər): Fələstin səlahiyyətlisi davam edən İsrail hücumlarına görə humanitar yardımların Qəzzaya çatdırılması üçün Qətər və ərəblərdən dəstək istədi.

“Al-Quds Al-Arabi”: ABŞ parlamentinin deputatı Aleksandriya Okasio-Kortes (Alexandria Ocasio-Cortez) konqresdə İsrailə silah satışının qarşısını almaq işinə rəhbərlik edir.  

“Al-Quds Al-Arabi”: Yəhudi gəlmələr işğal altındakı Qüdsdə xristian din adamlarına hücum etdi.  

“Al Jazeera”: Avropalılar Vyanadakı İran nüvə müzakirələrində irəliləyiş əldə edə bilmədilər bir yana, üstəlik razılaşmadan da çox uzaqdırlar.

“El Mundo”: İspaniya Mərakeşdən sərhəd şəhəri Seutaya (Ceuta) 2 gün içində gələn minlərlə qaçqınla əlaqədar böhranın Avropa üçün bir xəbərdarlıq olduğu fikrindədir.

“El Pais”: İspaniya ictimaiyyəti və Avropadan gələn təzyiqlər nəticəsində hökumət Mərakeş üzərindən gələn qaçqınların keçişinə icazə verdi, amma çox sayda uşağın geridə qaldığı iddia edilir.

“El Nacional”: Venesuelada “Covid-19” üzündən həyatını itirən səhiyyə işçilərinin sayı 500-ü keçdi.

“France 24”: Avropa İttifaqı üçüncü ölkələrdən gələn peyvəndlənmiş sərnişinlərin girişinə icazə verir.

“Le Figaro”: 2020-ci ildə dünya səviyyəsində yerindən-yurdundan edilmiş adamların sayı 55 milyona çatıb.

“Le Monde”: Məhdudiyyətlərə baxmayaraq, 2020-ci ildə Paris bölgəsində hava çirkliliyi yüksək səviyyədə olub.

“İzvestiya” qəzeti: Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-lı həmkarı ilə barışçıl bir telefon danışığı reallaşdırdıqlarını söylədi.

“Lenta.ru”: ABŞ Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsi federal rəhbərliyin Rusiyanın Krım üzərində suverenliyini qəbul etməyi və bu mənaya gələ biləcək hər cür addımı qadağan edən qanun layihəsini dəstəklədi.

TASS agentliyi: Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Şimali Makedoniyadan bir Rusiya diplomatının ölkədən kənarlaşdırılmasına cavab olaraq silsilə tədbirlər görəcəyini bildirdi.



Әlaqәli Xәbәrlәr