Türkiyə mətbuatı, 18 may 2021

“Haber Türk”, “Hürriyet”, “Star”, “Vatan” və “Sabah” bu gün nələrdən yazır?

1641245
Türkiyə mətbuatı, 18 may 2021

 

“Haber Türk”: Ərdoğandan Baydenə “Qanlı əllərinlə tarix yazırsan" sözləri

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının İsrailə silah satışını təsdiqləməsinə reaksiya verdi. Ərdoğan ABŞ prezidenti Co Baydenə: “Ciddi mənada nisbətsiz bir hücumla Qəzzaya basqın edən və yüz minlərlə insanın şəhid olmasına gətirib çıxaran bu hadisədə də çox təəssüf ki, siz qanlı əllərinizlə bir tarix yazırsınız”, - dedi.

“Hürriyet”: Ərdoğandan Qüds təklifi

  Türkiyə prezidenti R.T.Ərdoğan Kiprdə olduğu kimi Fələstində də iki dövlətli ədalətli həll tərəfdarı yana olduqlarını bildirərək: “Paytaxtı Qüds olan Fələstin dövləti qurulması üçün hər platformada səy göstərəcəyik”, - dedi. Ərdoğan Qüdsün üç dinin nümayəndələri tərəfindən idarə olunmasının günümüz şərtlərində ən uyğun yol olacağını söylədi.

“Star”: İsraili boykot çağırışı

  Bosniya Herseqovinada Demokratik Hərəkat Partiyasının sədri Bakir İzetbegoviç Türkiyə prezidenti Ərdoğanın fələstinlilərə edilənlərə qarşı səsini yüksəldən nadir liderlərdən biri olduğunu söylədi və İsrailin bombaladığı xarabalıqlardan cansız uşaq bədənləri çıxarıldığını vurğulayaraq müsəlmanlara İsraili boykotetmə çağırışı etdi.

“Vatan”: PKK-ya ağır zərbə

  Bölücü terror təşkilatı PKK-nın Suriya məsulu, “Sufi Nurəddin” kod adlı terrorçu Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında təşkil etdiyi əməliyyatda zərərsizləşdirildi. PKK-nın sözdə yüksək vəzifəli idarəçilərindən olan, Suriya mənşəli bu terrorçu uzun müddət təşkilatın sözdə silahlı qanadını idarə etmiş, sonra Suriyadakı terror fəaliyyətlərinin başına keçmişdi.

“Sabah”: Türkiyə dünyaya insanlıq dərsi verir

  Türkiyə dünyaya insanlıq dərsi verməyə davam edir. İzmirin Seferihisar qəsəbəsi sahillərində xidmət göstərən Sahil Təhlükəsizlik Təyyarəsi tərəfindən sallar üzərində bir qrup nizamsız immiqrantın Yunanıstan tərəfindən Türkiyəyə itələndiyi təsbit edildi. Təcili kömək nəticəsində sahil təhlükəsizlik qayıqları tərəfindən 2 salda olan 32 qaçqın qurtarıldı.



Әlaqәli Xәbәrlәr