Xarici mətbuat, 06 may 2021

Dünya informasiya vasitələrində gündəmə dair əks edən  bəzi xəbərlərin  başlıqları.

1635103
Xarici mətbuat, 06 may 2021

“Zdf.de”: Almaniyada koronavirus epidemiyası  əleyhinə tədbirlər səbəbiylə    təhsilləri   ləng  olan  şagirdlərə dəstək olmaq   məqsədi  ilə   hazırlanan 2 milyard avroluq  dəstək  planı nazirlər  şurasında  qəbul edilib.

“Süddeutsche Zeitung”: Facebook, Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş Prezidenti Donald Trampın sosial media platforması  istifadəsinə  dair   qadağanın davam etməsi  qərarına  gəlib. 

“Welt.de”: Avropa İttifaqına (Aİ)   üzv   ölkə  vətəndaşlarının dörddə birinə peyvəndin ilk dozası  vurulub.

“Le Monda”: Fransanın Merignac şəhərində  küçədə  həyat  yoldaşı  tərəfindən    diri-diri yandırılan qadın  həyatını  itirib.

“Fransa 24”: Fransa Prezidenti Emmanuel Macron, böyük  komandir  və  siyasətçisi  olan  Napoleonun vəfatının  200-cü   ildönümü   münasibəti  ilə   verdiyi  açıqlamada: “Napoleon bizim bir parçamızdır”  deyib.

Le Parisien”: Fransanın Avignon şəhərində bir polis məmuru narkotik əməliyyatı zamanı vurularaq öldürülüb.

“Al-Quds Al-Arabi”: Avropa İttifaqı  işğalçı İsraildən yaşayış məntəqələrini genişləndirmə  fəaliyyətlərini sonlandırmasını tələb edib.

“Al-Quds Al-Arabi”: Liviyanın paytaxt Tripolini ziyarət edən   nümayəndə  heyəti Baş naziri Əbdülhəmid Dibeybedən Benqazi ziyarətini sürətləndirməsini istəyib.  

“Al-Jazeera”: Tehran ilə ABŞ arasındakı fikir  fərqliliklirin  çoıx  olması   səbəbinə  görə    Vyana danışıqlarında irəliləyiş  olmadı.

“El Pais”: İspaniyada  Sol partiyaların 4 May Çərşənbə axşamı günü Madridin muxtar rəhbərliyi altında keçirilən yerli parlament seçkilərindəki uğursuzluqlardan  sonra İspaniya Sosialist İşçi Partiyasından (PSOE) bəzi millət vəkilləri iqtisadi dirçəlmənin vəziyyəti tərsinə çevirəcəyinə inandıqlarını açıqlayıblar.  

“El Mundo”: İspaniyada Podemos partiyasının lideri Pablo Iglesiasın siyasi  həyatına  son  qoyduğunu açıqlamasından  sonra partiyanın  yeni  liderinin  Əmək Naziri Yolanda Díazın olacağı proqnozlaşdırılır.

“TeleSur”: Kolumbiyada təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında gərginlik  davam  edir. Pereira şəhərindəki  nümayişlərdə  daha iki aksiyaçı  həyatını  itirib. 

“Lenta.ru”: Ukrayna Rusiyanı Birləşmiş Millətlər  Tərşkilatı  Platformasından sui-istifadə etməkdə günahlandırıb.

“TASS”: Dünya peyvənd Konqresində, yeni növ koronavirus (Kovid-19)  əleyhinə ən  effektiv  peyvəndin “Moderna” olduğu  qəbul edilib.

“Gazeta.ru”: ABŞ mütəxəssislərə  görə  ABŞ prezidenti co Bayden  ilə  Rusiya prezidenti Vladimir Putin arasında planlanan görüş,  Çexiya, İslandiya, Sloveniya və ya Azərbaycanın paytaxtında baş tutacaq.  



Әlaqәli Xәbәrlәr