Xarici mətbuat, 03 mart 2021

Xarici  mətbuat və veriliş orqanlarında dünya gündəminə dair dərc olunan bəzi  xəbərlərin başlıqları.

1594068
Xarici mətbuat, 03 mart 2021

“Bild.de”: ABŞ-da dəhşətli yol qəzası:

 Yük  maşını  ilə  nəqliyyat vasitəsi  toqquşub.  Qəza zamanı  nəqliyyat vasitəsində       26 nəfər  olub. Onlardan 15-i həyatını itirib. 

“ard.de”: Almaniya  Kansleri Angela Merkel koronavirus tədbirlərinin tədrici  olaraq  yüngülləşdirilməsini  istəyir. 

“Deutsche Welle”: ABŞ-dakı yeni koronavirus mutasiyaları narahatlıq doğurur.

“Eldustour”: Ümumdünya Səhiyyə Təşkilatına  görə  dünyanın   ilin   sonuna  dək   koronavirusdan  xilas olması   ehtimal  olunmur.  

“Elraya”: Qətər-Türk Hərbi Komitəsi əməkdaşlıq planlarını nəzərdən keçirir. “Elqudus”: AstraZeneca peyvəndi Fransa və Almaniyada populyar deyil.

“Infobae”: Boliviyada faciə: Ən azı 5 universitet tələbəsi dördüncü mərtəbədən yıxılaraq həyatını  itirib. Buna 60 nəfərin qatıldığı iclas zamanı tutacağın  qırılması  səbəb olub.

“El Mundo” İspaniya: İspaniya kralının bacıları  Elena və Cristina Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə koronavirüs  vaksini  vuruldu.

“La Vanguardia” İspaniya: AstraZeneca peyvəndi, bütün yaş qrupları üçün Pfizer peyvəndi qədər təsirlidir.

“Le Monde” (Fransa): Korrupsiyaya görə 3 il həbs cəzası alan Nikola Sarkozi, "haqsızlığın" qurbanı olduğunu iddia etdi.

“Le Parisien” (Fransa): Fransa 1957-ci  ildə  baş verən  Cezayir müharibəsində  Cezayirli vəkil və  aktivist   olan  Əli Boumendjelin öldürüldüyünü etiraf etdi  Əlcəzairli fəal, ölüm  səbəbini  intihar kimi  təsvir  etmək üçün tutulduqdan sonra Fransız ordusu tərəfindən bir binanın altıncı mərtəbəsindən tullanmışdı.

“Interfax.ru”: ABŞ dövlət qurumlarının Rusiyaya borc verməsini qadağan etdi.

“TASS”: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara qarşılıqlı əlaqə prinsipi əsasında reaksiya verəcəklərini bildirib.  

“Vedomosti”: Beynəlxalq konsaltinq şirkəti “Cushman & Wakefield”-in  hesabatına görə, Moskva otelləri müştəri potensiyalı  baxımından Avropadakı  otellərə  müqayisədə  ilk  sırada  yer tuturlar.

 

.



Әlaqәli Xәbәrlәr