Xarici mətbuat, 19 fevral 2021

Xarici informasiya vasitələrində Türkiyə və dünya gündəminə dair əks olunan bəzi xəbərlərin başlıqları

1586751
Xarici mətbuat, 19 fevral 2021

“Fransa 24” : Əlcezayir Prezidenti Abdulmecid Tabbun parlamenti ləğv edərək növbədənkənar seçkilərin keçirilməsini tələb edib.

“Le Soir”: Avropa Komissiyası Mart ayından etibarən 'məcburi olmayan səyahət qadağasının' tətbiqinə son qoyulması haqda çağırış verib.

 “Fransa 24”: NASA-nın ‘Perseverance’ araşdırma gəmisi yeddi aydan sonra uğurla Mars səthinə endi.

“Al-Raya Al-Katariya” (Qətər): Birləşmiş Millətlər Təşkilatı: Qıtlıq 2.6 milyon Somalinin həyatını təhdid edir

“VATAN” (Oman): Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə dünyada koronavirus hadisələrinin sayı 5 həftə ərzində 50 faiz azalıb.

“Al-Raya Al-Katariya” (Qətər): İraq Prezidenti Berhem Saleh ölkəsini başqalarının münaqişələrinə qarışmamağa çağırıb; Suriya sərhədində bir terrorçu tutulub.

Deutsche Welle”: Almaniyada parlament maaşları azalır. Ötən il pandemiya səbəbi ilə artmayan millət vəkili maaşları bu il də 60 avro azalacaq. “Hessenschau.de”: Hanau irqçi hücumunun ildönümündə qurbanların yaxınları: “təcavüzkar bizi də öldürdü”.

“Kommersant qəzeti”: Rusiya Xarici İşlər Nazirliyi ölkədəki diplomatik nümayəndəliklərin işçilərinə və ailələrinə (təxminən 12 min nəfər) Kovid-19 əleyhinə vaksinasiyadan keçmələrini təklif edib. Bildirilib ki, bəzi səfirliklər bu təklifi qəbul edərkən, başda ABŞ olmaqla bəziləri təklifə biganə qalıblar.

“RİA Novosti Agentliyi”: Bloomberg Agentliyi, ABŞ rəhbərliyinin, ehtimal ki, bu gün təsdiq üçün Konqresə təqdim edəcəyi yeni Şimal axın-2 “Nord Stream-2” sanksiya siyahısını açıqladı, siyahıda heç bir Alman şirkəti yoxdur.

“RT News veb saytı”: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova, ölkəsinin Avropa İttifaqı ilə əlaqələr son qoymaq kimi fikrinin olmadığını bildirib.

“El País” (İspaniya): Polis rep sənətçisi Pablo Haselin həbs olunduqdan sonra başlayan aksiyalarda iğtişaşlara səbəb olan müstəqillik tərəfdarı və sistem əleyhinə fəalları bir-bəbir təsbit edir.

“Infobae” (Argentina): Venesuela Prezidenti Nicolás Maduro, əsgərlərin və siyasətçilərin Covid-19 əleyhinə vakinasiyadan keçmələrinə üstünlük veriləcəyini bildirib.

“Telesur” (Venesuela): Kovid-19 əleyhinə Rusiyanın istehsal etdiyi yeni peyvəndinin (Sputnik Light) Rusiya və Birləşmiş Ərəb Əmirliklərində sınaqdan keçirildiyi açıqlanıb.



Әlaqәli Xәbәrlәr