Xarici mətbuat, 17 fevral 2021

“Tagesschau.de”, “Westfälische Nachrichten”, “Deutsche Welle”, “Frankfurter Allgemeine Zeitung”, “Nachrichten.at”, “Zeit.de”, “France 24”, “Le Figaro”, “Le Monde”, “Al-Qudsi Al-Arabi” və “Al Jazeera” bu gün nələrdən yazır?

1585096
Xarici mətbuat, 17 fevral 2021

 

“Tagesschau.de”: Almaniya səhiyyə naziri Yens Span (Jens Spahn) sürətli diaqnoz qoyan korona virusu testlərinin yayılacağını və insanların artıq öz-özünü test edə biləcəkləri aparatların icazəsi alındıqdan sonra yaxında bazara çıxarılacağını bildirib.

“Westfälische Nachrichten”: Almaniyada Şimali Ren-Vestfalya inteqrasiya müşaviri İlğım Gülər sentyabr ayında keçiriləcək Federal Parlament Seçkilərində partiyası CDU-dən millət vəkilliyinə namizədliyini verəcəyini açıqladı.

“Deutsche Welle”: Məşğulluğa korona zərbəsi. Almaniya sənaye sektorunda çalışanların sayı 10 ildə ilk dəfə gerilədi.

“Frankfurter Allgemeine Zeitung”: “Bitcoin” qiyməti ilk dəfə 50 min dolları keçdi.

“Nachrichten.at”: Almaniya epidemiya ilə əlaqədar Tiroldan giriş qadağasını 3 marta qədər uzatdı.

“Zeit.de”: Korona peyvəndi “Johnson & Johnson”un təsdiqi üçün Avropa Dərman Agentliyinə müraciət olundu.

“France 24”: ABŞ prezidenti Co Bayden (Joe Biden) rəsmi Riyadla əlaqələri yenidən təşkil etmək və Məhəmməd ibn Salmanı bu işdən uzaq tutmaq istəyir.

“Le Figaro”: Ümumdünya Səhiyyə Təşkilatına görə, “Covid-19”a yoluxma halları 16 faizə düşüb.

“Le Monde”: ABŞ-ın sabiq prezidenti Donald Tramp Respublikaçıları senatdakı rəhbərləri Mitç MakKonnelə (Mitch McConnell) qarşı olmağa çağırdı.

“Al-Qudsi Al-Arabi”: ABŞ dövlət katibi Antoni Blinken (Anthony Blinken) “İranla diplomatiya yolu artıq açıqdır” dedi.

“Al Jazeera”: Trablus inqilabın 10-cu ildönümünü qeyd edir və ölkə hökuməti qurma işləri davam edir.



Әlaqәli Xәbәrlәr