Yenə ABŞ-ın Suriyadakı bazasına kamikadze PUA hücum etdi

Xatırladaq ki, aprelin 1-də Homsdakı Tenef bazasına oxşar hücum cəhdi olub və silahlı PUA açıq sahədə vurulub

2125713
Yenə ABŞ-ın Suriyadakı bazasına kamikadze PUA hücum etdi

 

  ABŞ-ın Suriyadakı bazasına kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə hücum cəhdi edilib.

  Hücum cəhdi ABŞ qüvvələrinin yerləşdiyi Suriyanın Homs əyalətinin Tenef bölgəsində həyata keçirilib.

  Mənşəyi məlum olmayan kamikadze PUA ilə bazaya hücum cəhdi olub.

  Qeyd olunub ki, PUA bazanın səhra ərazisində vurulub.

  Xatırladaq ki, aprelin 1-də Homsdakı Tenef bazasına oxşar hücum cəhdi olub və silahlı PUA açıq sahədə vurulub.

  Suriyada son zamanlar Tenef bölgəsi, İraq sərhədinə yaxın Malikiyyə qəsəbəsi, Həsəkə rayonuna bağlı Şəddadi qəsəbəsi və Deyr əz-Zor rayonundakı ABŞ bazalarına mənşəyi naməlum silahlı PUA və qurudan quruya silahlarla hücumlar həyata keçirilib.

  İranın dəstəklədiyi qruplar vaxtaşırı Fərat çayının şərq sahilindəki ABŞ bazalarına raketlər və silahlı PUA-larla hücum edir.



Әlaqәli Xәbәrlәr