İranın dini başçısı Fələstin İslami Cihad Hərəkatının baş katibini qəbul etdi

İranın dini lideri Ayətullah Əli Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəhhale və onu müşayiət edən nümayəndə heyəti ilə Fələstin və Qəzzədəki vəziyyəti müzakirə edib

2122011
İranın dini başçısı Fələstin İslami Cihad Hərəkatının baş katibini qəbul etdi

 

  İranın dini lideri Ayətullah Əli Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəhhale və onu müşayiət edən nümayəndə heyəti ilə Fələstin və Qəzzədəki vəziyyəti müzakirə edib.

İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, Xamneyi paytaxt Tehranda Nəhhale və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Qəzzada baş verən hadisələrə toxunan Xamenei deyib:

“Sionist rejimin bütün hərbi texnikası və dünyanın qəddar qüvvələrinin dəstəyi ilə qadın və uşaqları qətlə yetirməsi göstərir ki, bu rejimin müqavimət qüvvələrinə etiraz etməsi və onlara qalib gəlmək gücü yoxdur” deyib.

Ziyad ən-Nəhale isə bütün çətinliklərə baxmayaraq Qəzza xalqının Fələstin müqavimət qüvvələri ilə birlikdə ABŞ və İsrailin planlarını alt-üst etdiyini bildirib və müqavimət qüvvələri, xüsusilə də "Həmas" və İslami Cihad hərəkatları arasında tam koordinasiya olduğunu vurğulayıb.

Qəzzadakı vəziyyəti dəyərləndirən Nəhhale "Qəzza xalqı və müqavimət qüvvələri son qələbəyə qədər dimdik durmağa davam edəcək və Allahın köməyilə son qələbə çox da uzaq olmayan bir zamanda əldə olunacaq" deyib.

Xamenei martın martın 26-da isə, rəsmi təmasları çərçivəsində Tehranda olan "Həmas"ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə ilə görüşüb.



Әlaqәli Xәbәrlәr