Rusiyada terror aktı nəticəsində həyatını itirənlərin sayı 140 nəfərə çatıb

Martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada konsert zalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 140 nəfərə yüksəlib.

2121134

Rusiyanın səhiyyə naziri Mixail Muraşko martın 22-də “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində yaralananların müalicəsinin davam etdiyini bildirib.

Müalicə alanlardan daha birinin dünyasını dəyişdiyini bildirən Muraşko ölənlərin sayının 140-a yüksəldiyini, 19-u ağır olan 80 nəfərin müalicəsinin davam etdiyini qeyd edib.

Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskvada “Crocus City Hall” konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib.

Rusiya prezidenti Vladimir Putin hücumu həyata keçirən 4 terrorçu da daxil olmaqla 11 nəfərin ələ keçirildiyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr