Ukrayna: Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi

Rusiya bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.

2119963
Ukrayna: Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi

Rusiya bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.

Kiyev Şəhəri Hərbi Administrasiyasının rəhbəri Sergey Popko administrasiyanın sosial media hesabında verdiyi açıqlamada Rusiya ordusunun son 5 gündə üçüncü dəfə Kiyevə raket hücumu həyata keçirdiyini bildirib.

Popko "Düşmən saat 10.30 radələrində işğal etdiyi Krım ərazisindən 2 ballistik raket atıb. Hər iki raket hava hücumundan müdafiə sistemlərimiz tərəfindən məhv edilib" deyib.

Raket hissələrinin düşdüyü Peçersk, Solomen, Dnepr və Qolosiyiv rayonlarında bəzi binaların zədələndiyini qeyd edən Popko aralarında biri uşaq olmaqla 4 nəfərin yaralandığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın 9 ədəd “Şahed” model pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyi bildirilib.

Açıqlamada Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən Mikolayiv və Odessa vilayətləri üzərində 8 PUA-nın vurulduğu qeyd edilib.

Digər tərəfdən Ukraynanın Cənub Müdafiə Qüvvələrindən verilən açıqlamada Rusiyanın Mikolayiv və Odessa bölgələrinə raket və PUA hücumları təşkil etdiyi bildirilib.

Açıqlamada, Rusiya ordusunun atəş açdığı vurğulanaraq deyilib:

"Rusiya ordusu “Şahed” PUA-ları ilə bir neçə dalğada Ukraynaya hücum edib. Odessa və Mikolayiv bölgələrində 4 PUA vurulub. Hücumda hədəfə bir PUA çatıb.

Düşmən Mikolayiv vilayətində enerji obyektini vurub, obyektdəki yanğın yanğınsöndürənlər tərəfindən tez bir zamanda söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb".

Açıqlamada o da qeyd olunub ki, Mikolayivdə vurulan PUA hissələri nəticəsində bir evə ziyan dəyib, hadisə yerində yanğın başlayıb, partlayış nəticəsində ətrafdakı evlərin şüşələri sınıb. İlkin məlumata görə 11 nəfər yaralanıb.

PUA-nın qalıqlarının Odessa vilayətində enerji obyektinə ziyan vurduğu, hadisə yerində baş verən yanğının rayon mərkəzinin bir hissəsində və ətraf yaşayış məntəqələrində elektrik enerjisinin kəsilməsinə səbəb olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr