İrəvanda silahlı şəxslər polis bölməsinə hücum ediblər

Martın 24-də İrəvanın Nor-Nork rayonunun polis bölməsinə silahlı hücum olub.

2119592
İrəvanda silahlı şəxslər polis bölməsinə hücum ediblər

Martın 24-də İrəvanın Nor-Nork rayonunun polis bölməsinə silahlı hücum olub.

Üç şübhəli şəxs polis bölməsinə qumbara atsa da, yaralanan ancaq özlərindən iki nəfər olub. Digər şəxsi isə xüsusi təyinatlılar zərərsizləşdirib.

İrəvanın mer müavini Armen Pambuxçyan insidenti terror kimi səciyyələndirib.

Ermənistan İstintaq Komitəsi isə İrəvanda üç nəfərin polis bölməsinə hücumu və partlayışla bağlı terror maddəsi ilə cinayət işi açıb.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan özünün sosial media hesabında bildirib.

Q. Abrahamyan  qeyd edib ki, İrəvanın Nor-Nork rayonunda polis bölməsində 3 nəfərin basqın etməsi, hədə-qorxu gəlməsi və partlayışla bağlı İstintaq Komitəsinin dövlət əleyhinə cinayətlərin istintaqı üzrə baş idarəsi tərəfindən terrorçuluq maddəsi ilə cinayət işi açılıb.

Abrahamyanın sözlərinə görə, İstintaq Komitəsi araşdırmanın nəticələri barədə ictimaiyyəti məlumatlandıracaq.



Әlaqәli Xәbәrlәr