İranda 10 gün içində dörd yüzdən çox adam həyatını itirdi

İran Polis İdarəsi Nəqliyyat şöbəsinin rəisi Timur Hüseyni Novruz günlərində ölkə ərazisində baş verən yol qəzaları barədə məlumat verərək bildirib ...

2119471
İranda 10 gün içində dörd yüzdən çox adam həyatını itirdi

 

  Novruz bayramı ilə əlaqədar şəhərlərarası yollarda hərəkətliliyin artdığı İranda son 10 gündə 417 nəfər yol qəzalarında həyatını itirib.

  İran Polis İdarəsi Nəqliyyat şöbəsinin rəisi Timur Hüseyni Novruz günlərində ölkə ərazisində baş verən yol qəzaları barədə məlumat verərək bildirib: "14-24 mart tarixləri arasında baş verən yol qəzalarında 417 nəfər həyatını itirib, 11.392 nəfər yaralanıb. Qəzalar əsasən yorğunluq, yuxusuzluq, diqqətsizlik və sürət kimi səbəblərdən baş verib”.

  Qeyd edək ki, İranda istifadə edilən Hicri Şəmsi təqviminə görə, martın 21-i ölkədə Yeni İlin ilk günüdür. Novruz bayramıyla əlaqədar 4 günlük rəsmi tətil olan ölkədə əhalinin əksəriyyəti təxminən 2 həftə ərzində tətillərdə olur. Ailə ziyarətləri və şəhərlərarası səfərlərin çoxaldığı bu günlərdə yollarda sıxlığın artması ilə yol qəzaları da artır.



Әlaqәli Xәbәrlәr