“Sərhədin demarkasiyası və delimitasiya prosesi praktiki mərhələyə keçib”, N.Paşinyan

Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinin praktiki mərhələyə qədəm qoyduğunu bildirib. .

2117408
“Sərhədin demarkasiyası və delimitasiya prosesi praktiki mərhələyə keçib”, N.Paşinyan

“Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. Bu o deməkdir ki, Ermənistan sərhədinin əslində harada olduğunu dəqiqləşdirmək lazımdır. Bizim siyasətimiz müharibənin qarşısını almaqdır”, - deyə o, bildirib.

Nikol Paşinyan Tavuş vilayətində sakinlərlə görüşündə deyib:

    “Bu o deməkdir ki, Ermənistanın sərhədləri yerlərdə müəyyən edilməli olacaq. Hamımız bilirik, siz məndən də yaxşı bilirsiniz ki, Ermənistanın sərhəd harada başlayır, harada bitir”.

    Baş nazirin sözlərinə görə, hökumətin məqsədi müharibənin qarşısını almaqdır və buna görə də bu ərazilərdə sərhədlərin təfərrüatlı şəkildə müəyyən edilməsi qərara alınıb.

    Paşinyan qeyd edib ki, Ermənistan sərhədlərində bir millimetr belə dəyişiklik edilə bilməz və bunun üçün konstitusiyaya görə bütün xalqın iştirakı ilə referendum keçirilməlidir.

    Sərhədlər müəyyən edilmədikcə qarşılıqlı atəşin normal hal olduğunu əsas gətirən Paşinyan sərhədlərin müəyyənləşdirilməsi səylərinə etirazın “nəticələri olacağını” da bildirib.



    Әlaqәli Xәbәrlәr