Ukrayna məhbusları üçün səfərbərlik

Ukraynanın ədliyyə naziri Denis Malyuska planı belə izah edib ...

2113320
Ukrayna məhbusları üçün səfərbərlik

 

  Ukrayna həbsxanalarda məhbusların səfərbər edilməsi ilə bağlı qanun layihəsinə səs verməyə hazırlaşır.

  Ukraynanın ədliyyə naziri Denis Malyuska planı belə izah edib: “Düşünürəm ki, qanun layihəsi gələn həftə qeydə alınacaq. O, birinci və ikinci oxunuşda Radanın (Ukrayna parlamenti) yaxın sessiyalarının iclaslarında səsə qoyulacaq. Biz bunu ən geci yazın sonuna həyata keçirəcəyik.

  Minlərlə məhbus ordu xidmətinə hazırdır. Lakin səfərbərliyə “hərbi intizamı pozmaq” və ya “dövlətə qarşı cinayət törətmək” kimi ittihamlarla cəza çəkən məhbuslar daxil deyil.

  Son sözü parlament deyəcək. Müdafiə orqanları ilə razılaşacağımız layihəni və hərbi xidmətə hazır olanların statistikasını parlamentə təqdim edəcəyik. Parlamentdə müzakirələrin uzanacağını düşünmürəm, çünki indiyədək buna aktiv şəkildə qarşı çıxan bir siyasətçi, deputat və ya silahlı qüvvə nümayəndəsinə rast gəlməmişəm”.

  Xatırladaq ki, məhbusların Ukrayna müharibəsində iştirakı yeni deyil. 2022-ci ilin yayından Rusiya fəal şəkildə məhkumları müharibəyə cəlb edib.



Әlaqәli Xәbәrlәr