Ukrayna: Rusiyaya məxsus hərbi kateri vurduq

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi Rusiyanın Qara dəniz donanmasına məxsus “Sergey Kotov” hərbi katerini vurduqlarını açıqlayıb.

2111242
Ukrayna: Rusiyaya məxsus hərbi kateri vurduq

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi Rusiyanın Qara dəniz donanmasına məxsus “Sergey Kotov” hərbi katerini vurduqlarını açıqlayıb.

Kəşfiyyat Baş İdarəsindən verilən yazılı açıqlamada, bu gecə “Qroup 13” xüsusi təyinatlısının Rusiya Qara dəniz donanmasının “Sergey Kotov” hərbi katerinə hücum təşkil etdiyi bildirilib.

Açıqlamada hücumun Ukrayna Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq və Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin dəstəyi ilə həyata keçirildiyi və “Magura V5” pilotsuz dəniz vasitəsi ilə həyata keçirilən hücum nəticəsində Rusiya katerinin ön, sağ və sol tərəflərinə zərər verildiyi qeyd edilib. 

Açıqlamada gəminin Kerç boğazı yaxınlığındakı Ukrayna ərazi sularında vurulduğu bildirilib.



Әlaqәli Xәbәrlәr