“Ermənistan Aİ ilə namizəd statusu uğrunda çalışmaya hazırdır”, A.Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki ...

2109700
“Ermənistan Aİ ilə namizəd statusu uğrunda çalışmaya hazırdır”, A.Simonyan

 

  Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, ölkə Aİ ilə münasibətləri dərinləşdirməyə və namizəd statusu uğrunda çalışmaya hazırdır.

  A.Simonyan sözügedən mövzu ilə bağlı deyib: “Bu gün demokratik ölkə olmağın özü təhlükəsizliyin əsas təminatıdır. Biz hesab edirik ki, təhlükəsizliyimiz demokratik sistemlə sıx əməkdaşlıqdan asılıdır”.

  Bundan əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirmişdi ki, Aİ və Ermənistan “iddialı əməkdaşlığı gücləndirmək” səyinə başlayacaqlar. Bu qərar Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində ölkəsinin Aİ ilə yaxınlaşmaq niyyətini bəyan etməsindən sonra qəbul edilib. Borrell həmçinin bəyan edib ki, Aİ yaxın gələcəkdə Ermənistanla təhlükəsizlik və müdafiə sahələrində əlaqələrini dərinləşdirməyi nəzərdən keçirir.

  Qeyd edək ki, Ermənistan 2009-cu ildən Aİ-nin Şərq Tərəfdaşlığı layihəsində iştirak edir. Bundan əlavə, ölkə 2015-ci ildən Avrasiya İqtisadi Birliyinin üzvüdür. Əvvəllər Gürcüstan, Moldova və Ukrayna kimi Ermənistan da Aİ ilə assosiativ saziş imzalamaqdan imtina etmişdi. Eyni zamanda, Ermənistan Aİ ölkələrinə ixrac üçün əlverişli şərait yaradan “Ümumi seçimlər +” (GSP) proqramı çərçivəsində Aİ-dən ticarət güzəştləri almış azsaylı ölkələrdən biridir.



Әlaqәli Xәbәrlәr