Rusiyaya məxsus döyüş təyyarələri İdlibə hava zərbəsi endirib

Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın İdlib Gərginliyi Azaltma Bölgəsində həyata keçirdiyi hava hücumunda 1 mülki vətəndaş ölüb, 5 mülki şəxs yaralanıb.

2109189

Müxalifətə məxsus təyyarə rəsədxanasından alınan məlumata görə, yerli vaxtla saat 10.02-də Latakiyadakı Hmeymim hava bazasından ardıcıl olaraq 2 Rusiya döyüş təyyarəsi havaya qalxaraq İdlib şəhər mərkəzinin qərbindəki dülgər sexinə 4 hava zərbəsi endirib.

Mülki Müdafiədən (Ağ Dəbilqəlilər) alınan məlumata görə, hücum nəticəsində 1 mülki şəxs ölüb, 5 mülki şəxs yaralanıb.

Yaralılar ətrafdakı xəstəxanaya çatdırılıb.

Әlaqәli Xәbәrlәr