Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Berlində ikitərəfli görüş keçirilib. Görüşün 2 saata yaxın davam etdiyi bildirilib.

2108724
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib
azerbaycan ceyhun bayramov-ermenistan ararat mirzoyan.jpg
azerbaycan ceyhun bayramov-ermenistan ararat mirzoyan.jpg

Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsini müzakirə etmək üçün iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Berlində ikitərəfli görüş keçirilib. Görüşün 2 saata yaxın davam etdiyi bildirilib. 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə də görüşüb.

Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, nazirlər ölkələr arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da regional təhlükəsizlik mövzularını müzakirə edib.

Bu barədə Ermənistan XİN başçısı "X"də yazıb.

"Almatı bəyannaməsinə əsaslanan delimitasiya və regional kommunikasiyaların açılması məsələsi daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə Ermənistanın yanaşmasına toxunuldu", - deyə qeyd edilib.



Әlaqәli Xәbәrlәr