"Ərdoğanın dənizin nəqliyyat üçün açılmasında kömək edə biləcəyinə inanıram", V.Zelenski

Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın Nikolayev bölgəsində dənizin nəqliyyat üçün açılmasında onlara kömək edə biləcəyinə inandığını bildirib.

2107321
"Ərdoğanın dənizin nəqliyyat üçün açılmasında kömək edə biləcəyinə inanıram", V.Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın Nikolayev bölgəsində dənizin nəqliyyat üçün açılmasında onlara kömək edə biləcəyinə inandığını bildirib.

Zelenski Ukraynanın paytaxtı Kiyevdə "Ukrayna: İl 2024" forumunda keçirilən mətbuat konfransında danışıb.

Nikolayev vilayətindəki limanlardan taxıl daşımalarının bərpası məsələsinə toxunan Zelenski deyib:

"Prezident Ərdoğanın Nikolayev bölgəsində dənizin nəqliyyat üçün açılmasında bizə kömək edə biləcəyinə inanıram. Bilirəm ki, Türkiye Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutteres ilə Qara dənizdə naviqasiya azadlığı məsələsini müzakirə edib. Biz belə bir görüş üçün hazırıq. İnanırıq ki, bu məsələ (Qlobal Sülh) ilk açılış sammitində həll oluna biləəcək".



Әlaqәli Xәbәrlәr