İsrailin Dəməşqə endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər ölüb
İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
2105566
İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, İsrail qüvvələri Dəməşqin Kefersuse bölgəsində bir binaya hava zərbəsi endirib.
"İsrail saat 09.40-da Dəməşqin Kefersuse bölgəsindəki bir binanı Qolan təpələrindən raketlərlə hədəfə alıb. İki mülki şəxs ölüb, bir mülki şəxs yaralanıb", -məlumatda qeyd edilib.
Hücumla bağlı İsrail tərəfindən hər hansı açıqlama verilməyib. açıqlama verilməyib.