Aleksey Navalnının cənazəsi ailəsinə verilməyib

Aleksey Navalnının vəkillərinə cəsədin yeri və ekspertiza prosesi ilə bağlı Rusiya İstintaq Komitəsindən ziddiyyətli məlumatlar verilir

2103919
Aleksey Navalnının cənazəsi ailəsinə verilməyib

 

  Rusiyada həbsxanada öldüyü açıqlanan rusiyalı müxalifətçi Aleksey Navalnının cənazəsi ailəsinə verilməyib.

  A.Navalnının mətbuat katibi Kira Yarmış sosial media hesabında verdiyi açıqlamada bildirib: “Aleksey Navalnının cəsədi ekspertiza üçün Rusiyanın Salexard şəhərinə gətirilib. Yarmış cənazə hələ ailəyə təhvil verilməyib.

  Navalnının anası və vəkili Salexard şəhərinin meyitxanasına gediblər. Lakin onlara Alekseyin meyidinin morqda olmadığı bildirilib.

  Aleksey Navalnının vəkillərinə cəsədin yeri və ekspertiza prosesi ilə bağlı Rusiya İstintaq Komitəsindən ziddiyyətli məlumatlar verilir.

  Rusiya Federal Həbsxana Xidməti fevralın 16-da mühakimə olunan müxalifətçi Aleksey Navalnının həbsxanada öldüyünü və ölümünün səbəbinin araşdırılacağını bildirib.



Әlaqәli Xәbәrlәr